P.di Resta: Ferrari qələbə qazana bilməyəcək

Sabiq Formula1 sürücüsü Pol di Resta bildirib ki, Ferrari bundan sonra çətin yarış qazansın.

F-1.az xatırladır ki, “qırmızılar” son qələbəsini iyulda – Avstriya yarışında əldə ediblər. Bundan sonra isə bəzi yarışlarda, hətta Mercedes-dən də geridə qalıblar.

Pol di Resta: “Ferrari-yə görə qorxuram, çünki iyuldan bəri yarış qazana bilməyiblər. Artıq qələbə şansları da qalmayıb. Mercedes onlara çatıb.

Bəlkə, sıralanma turunda hələ də sürətlidirlər, ancaq titul əldən çıxandan sonra Ferrari üçün hər ssenari qorxuludur. Yeni bolidləri boksdan çıxanda hamı heyran qalmışdı, amma indi bu üstünlüyü də itirdilər. Bolid çox zəifdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*