K.Sayns: Hədəfimiz çempionluqdur

Ferrari komandasının sürücüsü Karlos Sayns yeni mövsümdə çempionluq hədəfləyir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Ferrari ilə üçüncü mövsümünə başlayacaq.

Karlos Sayns: “İlk dəfə bolidi gördüyüm üçün xoşbəxtəm. Onu ilk dəfə indi gördüm və tanımağa çalışıram. Ətrafında fırlanıram, çünki gözəl görünür. F1-75-dən daha gözəldir.

Qırmızı rəng daha parlaqdır. Bolid daha göstərişlidir və keçənilki bolidin inqilabı kimi görünür. Onu sürmək üçün səbirsizlənirəm.

Keçənilki nəticələrimi yaxşılaşdırmağa çalışıram. Komandanın hədəfi keçənilkinə nisbətən inkişaf etməkdir. İndi isə daha bir addım ataraq, titul uğrunda mübariza aparmaq istəyirik. Hədəfimiz rəqabətədavamlı olmaqdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*