M.Binotto günahını qəbul edir

Ferrari komandasının rəhbəri Mattia Binotto bütün məsulliyəti öz üzərinə götürüb.

F-1.az xatırladır ki, “qırmızılar” Almaniyada sürətlə görünsələr də, Fetteldə turbo, Leklerdə isə yanacaq sistemi ilə bağlı problem yaşanıb. Nəticədə Ferrari-lər yarışa 10 və 20-ci yerdən başlayacaqlar. Bu haldan maksimum istifadə edən Həmilton isə karyerasının növbəti poulunu əldə edib.

Mattia Binotto: “Çox məyusuq, çünki tempimiz yaxşı idi. Bunlar yaşanmamalı idi. Hər iki sürücümüz üçün məyusedici haldır. Bu, mənim günahımdır. İki fərqli problem yaşadıq və ilk dəfə başımıza gəlir. Sebastyamda soyutma sistemi ilə bağlı problem var idi. Şarlda isə yanacaq sistemi sıradan çıxdı. Bunlara nəzarət etməliyik. Yaxşıkı sabahkı yarışda bu problemlər bizə təsir etmədi. Bolidlər yarışa hazır olacaq. Tempimiz yaxşıdır.

İki həftə əvvəl Silverstounda idik və performansımız rəqiblərimizə nisbətən zəif idi. Ancaq burada poul qazana bilərdik. Əgər son beş yarışda üçüncü poulumuzu alsaydıq, sürətimizi isbatlayardıq. Ümumilikdə bolidimiz təkmilləşib. Lakin məyis olduq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*