L.Norris: Bu il inkişaf etməliyik

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, bu il daha güclü olmaq üçün əllərindən gələni edirlər.

F-1.az xatırldır ki, McLaren keçən il son yarışa qədər dördüncü yer uğrunda mübarizə aparsa da, sonda beşinciliyə razı olmuşdular. Lakin “narıncılar” bəzi yarışlarda xal almaqda çətinlik çəkmişdilər.

Lando Norris: “Komanda əslində çox işlədi, amma bolidimiz zəif idi. Enişli-yoxuşlu performans göstərdik. Bəzi həftəsonları sürətli olsaq da, Braziliyadakı kimi yarışlar çox pis keçdi. Komanda çox şey anlamalı və öyrənməlidir. Bu il inkişaf etməliyik”.

,