15 Dekabr 2018, Şənbə - 15:38

F.Massa və C.Batton komandalarını dəyişəcək?

F.Massa və C.Batton komandalarını dəyişəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

06:26 - 07 İyun, 2016

Formula1-in təcrübəli sürücüləri Censon Batton və Felipe Massa 2017-ci ildə fərqli komandalara transfer olunaraq karyeralarını çempionatda davam etdirə bilərlər.

F-1.az xatırladır ki, Battonun McLaren ilə olan müqaviləsi ilin sonunda bitir və onun yerinə ən böyük namizəd Stoffel Vandorndur.

McLaren komandası Batton ilə yola davam etmək istəyir, amma rəqiblər gələcəyin Dünya Çempionu kimi göstərilən Stoffel Vandornu transfer etmək istəyir. Bu hal McLaren-i çıxılmaz vəziyyətə qoyur. İngiltərə mətbuatı bildirib ki, Vandorn ilə 3 komanda maraqlanır. Bu komandalardan biri də Renault-dur.

Vandorn Bəhreyndəki performansına görə Ron Dennisdən yüksək qiymət aldı, amma Censon Battonun ilk 6 yarışdakı performansı komandanın ürəyini açmadı. Belə görünür ki, Censon Batton sonrakı yarışlarda göstərəcəyi performans ilə həm özünün, həm də Vandornun gələcəyini müəyyən edəcək. Belə ehtimal var ki, Batton McLarendən ayrılsa, təqaüdə çıxacaq, amma britaniyalı sürücünün B planı var.

Censon Batton keçən il Williams ilə müqavilə bağlamağa çox yaxın idi və hazırda britaniya komandasındakı vəziyyətə nəzarət edir. Qeyd edək ki, Batton karyerasına Williams komandasında başlayıb və onun Ser Frənk Uilyamsla münasibəti yaxşıdır. Bundan başqa, Kler Uilyams da Battonu transfer etmək istəyir. Williams komandası əgər Battonu transfer etsə, ya Bottas, ya da Massa komandadan ayrılmalı olacaq. Bu sürücü isə böyük ehtimalla Massa olacaq.

Massanın komandası ilə müqaviləsi yuxarıda da qeyd etdiyimiz kimi ilin sonunda bitir. Braziliyalı sürücü Monakodan sonra digər alternativləri dəyərləndirəcəyini demişdi.

Braziliyalı sürücü Williams ilə müqaviləsini uzatmasa, onun ən böyük seçimi Renault olacaq. Felipe Massanın meneceri Nikolya Todt ilə Renault-nun idman direktoru Frederik Vassyör yaxın dostdurlar. Bundan başqa Renault-nun 2017-ci il üçün böyük inkişaf proqramı var. Buna görə də fransızlar Massanın təcrübəsindən faydalanmaq istəyirlər.

Şayiələrə əsasən, Massa da layihənin potensialına görə Renault-ya transfer olmaq istəyir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 259
Teqlər , , , , , ,
Paylaş

logo