Belçika-2022: Birinci sərbəst yürüşlər

Qışda Spada ciddi yenidənqurma işləri aparılıb. Trasın konfiqurasiyası dəyişməsə də, qaçış zolaqları yenidən işlənilib. Sürücülər artıq ilk məşqlərdən onlardan yararlanmağa başlayıblar.

F-1.az bildirir ki, tribunalar bugündən dolu olub – azarkeşlər keçənilki fiaskonun əvəzini çıxmaq istəyiblər. İlk dəqiqələrdə tras nəm olduğundan sürücülər keçid təkərlərlə trasa çıxıblar, lakin tezliklə onları sliklərə dəyişiblər. AlphaTauri-də Pyer Qaslinin maşını Red Bull gənclər proqramının üzvü Liam Lousona verilib.

Eyni anda 6 sürücünün – Ferstappen, Lekler, Norris, Okon, Bottas və Şumaxerin yeni motora keçidlə bağlı startda yer itirəcəkləri artıq cümə günündən məlum olub. Buna görə də adı çəkilən sürücülər daha çox yarış tempi üzərində çalışıblar.

Bottasın maşınının altlığı bir neçə dəfə asfalta dəydiyindən asılqanların parametrlərini dəyişmək üçün onu boksa çağırıblar. Finlandiyalı sürücü trasa qayıtmayıb. Okon da güc qurğusundakı problemə görə cəmi 5 dövrə vura bilib.

36-cı dəqiqədə qırmızı bayraqlar peyda olub – Maqnussen motor güc itirdiyi üçün birinci döngənin çıxışında dayanıb. Maşını dərhal təxliyə etmək mümkün olmayıb, çünki sürücünü elektrik vurması riski yaranıb. Buna görə də komanda mexanikləri bolidin yanına getməli olublar. Fasilə 15 dəqiqə davam edib.

Sonlara doğru yağış yağmağa başlayıb. Rikkardo, Norris və Alonso keçid təkərlərlə trasa qayıdıblar. Lekler səhvə yol versə də, ciddi insident olmayıb.

Protokollara komanda yoldaşını cüzi fərqlə üstələyən Karlos Sayns başçılıq edib – 1:46.538. Məşqlər bu gün davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 55 Karlos Sayns Ferrari 1:46.538 16
2 16 Şarl Lekler Ferrari 1:46.607 + 0:00.069 16
3 1 Maks Ferstappen Red Bull 1:46.755 + 0:00.217 10
4 63 Corc Rassell Mercedes 1:47.396 + 0:00.858 13
5 18 Ləns Stroll Aston Martin 1:47.437 + 0:00.899 13
6 23 Aleksander Elbon Williams 1:47.835 + 0:01.297 15
7 3 Daniel Rikkardo McLaren 1:48.081 + 0:01.543 14
8 22 Yuki Tsunoda AlphaTauri 1:48.310 + 0:01.772 15
9 44 Lyuis Həmilton Mercedes 1:48.420 + 0:01.882 10
10 11 Serxio Peres Red Bull 1:48.474 + 0:01.936 13
11 6 Nikolas Latifi Williams 1:48.485 + 0:01.947 13
12 24 Quanyu Çjou Alfa Romeo 1:48.672 + 0:02.134 14
13 4 Lando Norris McLaren 1:49.470 + 0:02.932 14
14 14 Fernando Alonso Alpine 1:49.664 + 0:03.126 16
15 5 Sebastyan Fettel Aston Martin 1:49.813 + 0:03.275 12
16 31 Esteban Okon Alpine 1:50.315 + 0:03.777 5
17 20 Kevin Maqnussen Haas 1:50.982 + 0:04.444 9
18 47 Mik Şumaxer Haas 1:51.259 + 0:04.721 14
19 40 Liam Louson AlphaTauri 1:52.065 + 0:05.527 14
20 77 Valtteri Bottas Alfa Romeo 2
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*