D.Rikkardo: “Fettel çox emosionaldır”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Sebastyan Fettel sakit vaxtlarında daha məntiqli olur.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il Meksikada, bu il isə Azərbaycan Qran Prisində emosional davranmış və böyük səhvlər etmişdi.

Daniel Rikkardo: “Bir il Sebastyanla komanda yoldaşı olmuşdum. O, hadisələr baş verən zaman sərt reaksiyalar verə bilər, amma adrenalinin təsiri azalanda çox məntiqli davranır. Məsələn, keçən ilin Meksika yarışı. Danışıqlarına fikir verin. Əvvəl çox söz dedi, amma sonra sakitləşdi. Çox emosionaldır, ancaq bu, onun yarışa sevgisindən əmələ gəlir. Çox aqressiv sürücüdür. 2014-cü ildə onun önündə bitirdiyim yarışlarda əsəbləşirdi, amma mühəndislərin yanına gedəndə əlimi sıxaraq, məni təbrik edirdi. Gərginlik azalanda Sebastyan ağıllı olurdu. Onda məndən də ağıllı olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*