D.Rikkardonun bolidində nə problem olub?

McLaren komandasının sürücüsü Daniel Rikkardo yarışın startında Qasli ilə yaşadığı təmasa görə bolidin altlığını zədələyibmiş.

F-1.az xatırladır ki, avstraliyalı sürücü McLaren-dəki debüt yarışında gənc komanda yoldaşı Norrisdən 20 saniyə geridə qalıb.

Yarışdan sonra açıqlama verən Rikkardo bildirib ki, zəif performans göstərməsinin səbəbini anlamır: “Yarış davam etdikcə tempim düşürdü. Əvvəl Lando və Şarlla eyni tempdə gedirdim, amma Medium təkərlərə keçəndən sonra məndən uzaqlaşdılar. Hard təkərə keçdikdən son isə gözdən itdilər. Yəni, yarış davam etdikcə geridə qaldım. Ümid edirəm ki, problem maşın zədələndiyi üçün əmələ gəlib”.

Komanda yarışdan sonra bolidi gözdən keçirib və məlum olub ki, Qasli ilə toqquşmada maşının altlığı zədələnib.

Komanda rəhbəri Andreas Zaydl: “Yarışdan sonra apardığımız təhlildən belə qənatə gəldik ki, Qasli startda Rikkardoya çırpılarkən onun altlığını zədələyib. Bu zədəyə görə boliddə asfaltayatma azalıb və Rikkardo təcrübəsi hesabına xallar qazanıb”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*