O.Piastri ilk yarışına çıxacaq?

Formula2 üzrə Dünya Çempionu və Alpine komandasının ehtiyat sürücüsü Oskar Piastri bundan sonra həm də McLAren komandasının ehtiyat pilotu olacaq.

F-1.az xatırladır ki, McLaren komandası keçən il Mercedes-in ehtiyat sürücülərindən faydalanırdı. Bu müqaviləyə görə Stoffel Vandorn və Nik de Vriz “narıncılar”ın ehtiyat sürücüsü olmuşdular. Bu iki sürücüdən başqa Pol di Resta da McLaren-in ehtiyat sürücüsü idi. İndi isə Oskar Piastri Britaniya komandasının ehtyat sürücülərindən biri olub.

Alpine komandası bu barədə belə açıqlama verib: “Gənc və istedadlı sürücülərimizə mümkün qədər fürsət vermək istəyirik. Buna görə də McLaren ya da Alpine-nin sürücülərindən biri yarışa bilməsə, Oskar Piastri onları əvəz edəcək. Oskar hələ də Alpine-nin sürücüsüdür”.

Qeyd edək ki, McLaren komandasının sürücüsü Daniel Rikkardo koronavirusa yoluxub. Avstraliyalı sürücü bir həftə ərzində sağalmasa, Piastri Formula1 karyerasında ilk yarışına çıxa bilər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*