A.Zaydl: Rikkardo qayıdacaq

McLaren komandasının rəhbəri Andreas Zaydl bildirib ki, Rikkardo tezliklə əvvəlki gücünə qayıdacaq.

F-1.az xatırladır ki, avstraliyalı sürücü bu il hələki istənilən səviyyədə çıxış etmir və qazandığı ən yaxşı nəticə Bəhreyndəki beşincilikdir. 31 yaşlı sürücü komanda yoldaşı Norrisin topladığı xalın yarısı qədər xal yığa bilməyib.

Andreas Zaydl: “Sıralanma turu pis keçsə də, yarışda yaxşı çıxış elədi. Onunla işləməyə davam etməliyik. Onun inkişafı hamımız üçün vacibdir. Bolidi ona uyğun etmək üçün yeniliklərin üzərində işləyirik.

Buna görə çox məyusdur. Eyni zamanda təcrübəlidir. Biz də komanda olaraq təcrübəliyik. Hazırda çətinliklərlə nikbin formada mübarizə aparır. Daniel tezliklə köhnə formasına qovuşacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*