D.Rikkardo: “Hədəfim podiumdur”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, sıralanma turunda yaxşı nəticə almaq istəsələr də, mümkünsüz olub.

F-1.az xatırladır ki, avstraliyalı sürücü bu gün sıralanma turunda Mercedes və Ferrari sürücülərindən sonra 5-ci yeri tutub.

Daniel Rikkardo: “Komanda olaraq yaxşı nəticə alsaq da, bu gün Ferrari və Mercedes sürücülərini keçmək mümkünsüz idi. Düzgün sazlanmaları tapa bilmədik. Amma bolid çətinliklərə baxmayaraq yaxşı idi. Rəqiblərimizdən performans olaraq geridəyik və fərqi bağlamaq üçün çox işləməliyik. Amma heç nə bitməyib. Sabah yağış yağsa, yüksək pillələrdə ola bilərik. Bolidi heç vaxt yağışlı havada sürməmişik və buna görə də ümid edirik ki, yaxşı performans göstərərik.

Sabahkı yarışda əsas məqdədim podiuma yüksəlməkdir. Bunun üçün maksimumda getməli və əlverişli strategiyadan istifadə etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*