D.Mateşiç: “Rikkardo gedə bilər”

Red Bull komandasının sahibi Diter Mateşiç bildirib ki, Rikkardo istədiyi halda komandadan gedə bilər.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda başa çatacaq. Amma 28 yaşlı sürücü yeni müqavilə bağlamağa tələsmir.

Diter Mateşiç: “Rikkardonun qalıb-qalmayacağını bilmirəm. Bunu özündən soruşun. Uzun müddət bir komandada çıxış etdikdən sonra yeni macəra axtara bilər. Xüsusən də güclü komandalar təklif göndərdikdən sonra düşünməsi məntiqlidir. Əgər getmək istəsə, əlimizdən heç nə gəlməz. Lakin qalmaq istəsə, xoşbəxt olarıq. Getsə, Toro Rosso və başqa komandalarda yarışan keyfiyyətli sürücülərimiz var. Lakin indidən bu barədə danışmaq doğru olmaz. Danielin qərarını gözləyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*