Mercedes McLaren-dən qorxur?

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, McLaren yeni mövsümdə baş ağrısı ola bilər.

F-1.az xatırladır ki, britaniyalılar Honda ilə keçirdikləri 3 uğursuz mövsümdən sonra Renault mühərriklərinə keçmək qərarı alıblar.

Toto Volff: “McLaren vacib komandadır və bu ildən etibarən yenidən mübarizəyə qayıdacaqlar. İki güclü pilotları var və şassilərinin gücünə şübhəm yoxdur. Bu il onları ciddiyə almalıyıq. Ferrari və Red Bull-dan sonra McLaren də yuxarı pillələr uğrunda mübarizə aparacaq. Lakin başqa sürprizlər də ola bilər. Fərqli mövsüm olacaq. Son illərdəki uğurlarımız çempionluğun təminatçısı deyil. Önümüzdə uzun bir mövsüm var və arxayınlaşmamalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*