Ceyms Vaulz: “Biz irəliyə doğru kiçik addım atmışıq, amma bu, olmalı olduğumuz səviyyəyə yüksəlmək üçün kifayət etmir. Pelotonun orta qrupuna çox yaxınıq, lakin bu komandalar arasında nəticələr çox sıxdır. Bu həftəsonu nə qədər irəlilədiyimizi anlamaq üçün trasda işləməyə davam etmək lazımdır, amma açığı, ilk dörd top-komandadan başqa qAlanlar dəqiq bilmir ki, hansı nəticələrə ümid edə bilər.
Bununla belə, biz düzgün istiqamətdə irəliləyirik. Amma məncə, bundan da vacibi odur ki, bu, gələn ilə hazırlıq prosesində yaratmaq istədiyimiz bünövrədir. Bu da builki təcrübənin bir hissəsidir. Təəssüf ki, bir qədər geridə qalırıq və qarşıda görüləsi çox iş var.
Ötən mövsümü əla keçirmişdik, bunu heç kim əlimizdən ala bilməz. Həqiqətən də, əldə etdiklərimizlə fəxr edirəm, amma 2026-cı ildə texniki reqlamentdə dəyişikliklər baş verib və bunlar indiyə qədərki ən radikal dəyişikliklərdir. Komandamızın isə bunun öhdəsindən gəlmək üçün lazım olan sistemləri, alətləri və imkanları sadəcə olmayıb.
Biz bunun əvəzini hələ də ödəyirik, üstəlik, bu, gələn mövsümə hazırlıq prosesində də davam edəcək. Başa düşürəm, bu, qəribə və ürəkaçan olmayan səslənir, amma bizim hələ düzəltməli olduğumuz çox şey var”.
F1 TV-yə müsahibəsində Vaulz əlavə edib: “Biz yavaş-yavaş bu vəziyyətdən çıxmağa başlayırıq. Bizim uğura ac iki sürücümüz var və komanda da yaxşı nəticələr üçün eyni dərəcədə acdır, daha artığına nail olmaq istəyir. Komandanın nöqteyi-nəzərindən bu gün gördüyümüz mənzərə sadəcə kiçik irəliləyişdir. Bu isə o deməkdir ki, irəliləməyə davam etməliyik.
Sizi əmin edirəm, aerodinamik asqının yenilənmiş versiyası ilə iş yeni başlayanda mühəndislər toplanmış məlumatı detallı şəkildə təhlil edir, amma düzgün yanaşmanı dərhal tapmaq mümkün olmur.
Hətta sadəcə klirensin səviyyəsini dəyişsəniz, maşının balansını tənzimləsəniz belə, bunun hesabına digər komandalarla müqayisədə bir qədər də sürətlənmək olar. Görək hadisələr necə inkişaf edəcək, amma hələlik biz xal uğrunda mübarizə aparacağımıza söz vermək üçün kifayət qədər irəliləmirik”.





