Maks Ferstappen: Sıralanma turu fəlakətə çevrildi

Maks Ferstappen Azərbaycan Qran Prisinin sıralanma turunda yalnız səkkizinci nəticəni göstərib və komanda yoldaşı Ayzek Həcərdən təxminən 0.6 saniyə geri qalıb. Sessiyanın yekunlarını şərh edən Red Bull Racing sürücüsü startda daha yüksək yer tutmasına nəyin mane olduğunu izah edib.

Maks Ferstappen: “Sıralanma turunda mənə maksimal sürət çatmırdı. Komanda yoldaşımla müqayisədə hər dövrədə yarım saniyə uduzurdum – və bu, maksimal sürətdəki fərqə görə idi. Bu, birinci problem idi.

İkinci problem final sessiyada yaşanıb, sürətli dövrədən əvvəl dövrənin ortasında batareya dolmayıb. Nəticədə cəhdə yarıyadək boş batareya ilə başlamışam və cəhdi dayandırmalı olmuşam, bu da təkərlərin soyumasına gətirib çıxarıb. Bütün bunlar üst-üstə gəlib və yekun cəhdə təsir edib.

Bəli, dövrəyə başlamışdım, amma maksimal sürət çatmırdı, dövrəmdə sarı bayraqlar çıxıb və təkərlər soyuyub. Bütün bu amillər də belə nəticəyə gətirib çıxarıb.

Hətta bilmirəm niyə belə alınıb, axı biz bütün həftəsonu sürətli olmuşuq, amma sıralanma turu bütün bu problemlərə görə fəlakətə çevrilib. Yarışda nə etmək mümkün olacağını görəcəyik”.