Şarl Lekler: Geriqalma həddindən artıq böyükdür

Şarl Lekler Bakıda sıralanma turunda ikinci nəticəni göstərdiyinə sevinib, lakin geriqalmanın həcmindən narazı qalıb - liderdən 0.8 saniyədən çox geridə, amma komanda yoldaşından öndə…

Şarl Lekler: “Cəhdimdən razıyam. Yaxşı dövrə idi. Ondan əvvəl Lyuis məni qabaqlayırdı, amma həlledici cəhdim alındı. Amma Corcdan geri qalmağa baxanda düşünürəm ki, bəlkə də, dövrə o qədər də yaxşı olmayıb.

Ümumilikdə, bütün həftəsonu ərzində bir addım geridə qalmışıq. Çətin cümə axşamından sonra liderlərdən çox uzaqda olacağımızı güman edirdik, amma bu gün səhər müəyyən ümid yaranıb. Nəticədə, mövqe baxımından nəticə tam gözlənilən olub, amma geriqalma gözlədiyimizdən xeyli böyük alınıb.

Görək, sabah nə alınacaq. Düzlüklərdə sürət bizim güclü tərəfimiz deyil, amma birinci məşqdə bol yanacaqla pis temp göstərməmişdik. Ümid edirəm ki, sabah da belə olacaq”.