Pirelli: Optimal taktika yenə də bir pit-stop olaraq qalır

Pirelli-nin mütəxəssisləri Bakı trasındakı sıralanma turunun gedişini təhlil edərkən qeyd ediblər ki, poul qazanan Corc Rassell final sessiyada eyni Soft təkər dəsti ilə üçüncü sürətli dövrəsində ən yaxşı nəticəni göstərib.

Mercedes sürücüsü, eləcə də ikinci nəticəni göstərən Şarl Lekler sıralanma turu ərzində yalnız üç Soft dəstindən istifadə edib, məsələn, McLaren komandasının pilotu Oskar Piastri isə C5 tərkibli təkərlərin dörd dəstini işlədib.

Pirelli-nin poul üçün ənənəvi mükafatını Corcu Rassellə 2007 və 2011-ci illərdə MotoGP çempionu titulunu qazanmış avstraliyalı motoidmançı Keysi Stouner təqdim edib.

Pirelli Motorsport-un direktoru Dario Marrafuski: “Gözlənildiyi kimi, bu gün hava şəraiti dünənkindən xeyli fərqlənib, hava və asfaltın temperaturu daha aşağı olub, külək isə güclənib ki, bu da maşınların davranışına təsir edib və onları daha az sabit edib, xüsusən də arxa hissəni.

Üçüncü məşqin əvvəlində trasın örtüyü hələ də çox çirkli olub, buna görə də ilişmə zəif olub: dövrə nəticələri hətta dünənkindən də pis alınıb. trasda işin ilk saatında sürücülər sükan arxasında özlərinə inam qazanmağa çalışıblar, eyni zamanda sıralanma turu ərəfəsində incə sazlamalar üzərində işləyiblər.

Gün ərzində asfalt örtüyünün vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb, buna görə də dövrə nəticələri davamlı olaraq artıb və yekunda simulyatorda aparılmış hesablamaların göstərdiyi səviyyəyə çatıb.

Ciddi deqradasiya olmayıb, bu da komandalara bir dəst yumşaq təkərlə bir neçə cəhd etməyə imkan verib. Buna həm örtüyün vəziyyətinin yaxşılaşması, həm minimal yanacaq yükü, həm də təkərlərin işlədiyi əlverişli şərait kömək edib.

Təəccüblü deyil ki, poul qazanan Rassell də daxil olmaqla bir neçə sürücü eyni təkər dəstində üçüncü cəhddə ən yaxşı vaxtını göstərib.

Pirelli-nin indiyədək topladığı məlumat təsdiqləyib ki, bir pit-stoplu taktika optimal olaraq qalır. Medium və Soft tərkiblərinin kombinasiyası, aşınmanın mülayim səviyyəsini nəzərə alsaq, ən səmərəli variant kimi görünür. Alternativ olaraq, məsafənin ikinci hissəsini sürücünün sərt təkərlərlə keçəcəyi sxem seçilə bilər, lakin belə taktikadan yalnız yarış erkən mərhələlərdə neytrallaşdırılarsa istifadə etmək məntiqli olar”.

,