21 Mart 2019, Cümə axşamı - 09:47

UltraSoft və SuperSoft tərkiblər arasındakı fərq açıqlanıb

UltraSoft və SuperSoft tərkiblər arasındakı fərq açıqlanıb

Müəllif: Rauf Hacıyev, redaktor

21:14 - 23 Mart, 2018

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, Avstraliyada UltraSoft təkərlə SuperSoft təkərlər arasındakı sürət fərqi 0.6 saniyədir.

F-1.az xatırladır ki, Albert Parkda UltraSoft və SuperSoft təkərlərlə ən sürətli dövrələrii Lyuis Həmilton, Soft təkərdə ən sürətli dövrəni isə Maks Ferstappen vurub.

Mario İzola: “Mövsüm başlayır və bu il ilk dəfə təkərləri dəyərləndirmək üçün onlardan isti şəraitdə istifadə edə bildik. Favorit komandaların sürücüləri yarış tempində yaxın nəticələr göstərdilər, amma hər şey dəyişə bilər. Şənbə günü yağış gözlənilir. Bazar günü də sürprizlərdən bol ola bilər. Yeni mövsümün ilk cümə günü geridə qaldı və çoxlu məlumat toplaya bildik. Hazırda Soft təkərlə SuperSoft arasındakı sürət fərqi azdır. Ultrasoft və SuperSoft arasında isə 0.6 saniyə fərq var. Üç təkəri də yarış strategiyasında istifadə etmək mümkündür”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 198
Teqlər ,
Paylaş

logo