17 Oktyabr 2019, Cümə axşamı - 09:38

Pirelli yağış testlərində təcrübəli pilotların iştirak etməsini istəyir

Pirelli yağış testlərində təcrübəli pilotların iştirak etməsini istəyir

Müəllif: Elçin Zodorov, redaktor

17:35 - 15 Yanvar, 2016

Yanvarın 25-də və 26-da Fransanın Pol Rikar trasında Pirelli şirkəti yağış təkərlərin testini keçirəcək. Testlərdə Ferrari, Red Bull və McLaren komandaları iştirak edəcəklər.

F-1.az xəbər verir ki, testlərdə Red Bull-u Daniel Rikkardo və Daniil Kvyat, McLaren-i Stoffel Vandorn təmsil edəcək. Ferrari-nin hansı pilotla iştirak edəcəyi hələ ki, məlum deyil.

Pirelli şirkəti Fransanın Pol Rikar trasında keçiriləcək iki günlük testlərdən mümkün qədər çox məlumat əldə etmək istəyir.

Pol Hembri: “Testlərə cəmi üç komanda qoşulacaq. Komandaların ən yaxşı pilotlarla iştirak etmələrini istəyirik. Çünki, onlar ən çətin şəraitlərdə də bolidi sürətlə idarə edə bilirlər. Bu da bizə daha dəqiq məlumatlar almaqda kömək edə bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 437
Teqlər , , , , , , , ,
Paylaş

logo