25 Avqust 2019, Bazar - 06:39

Qış testlərində bir gün yağış təkərlərindən istifadə olunacaq

Qış testlərində bir gün yağış təkərlərindən istifadə olunacaq

Müəllif: Elçin Zodorov, redaktor

16:21 - 23 Yanvar, 2017

F-1.az xatırladır ki, Pirelli-yə çempionat başlamazdan əvvəl yeni yağış təkərləri ilə ikigünlük testlərə icazə verilmişdi – ötən mövsümün gedişində yeni təkərlərin prototipləri 2015-ci ilin maşınlarından biri ilə yoxlanılmışdı.

AutoSport-un məlumatına görə, qış testlərində bir gün yağış təkərlərindən istifadə olunacaq. Əgər həmin günlərdə yağış yağmasa, tras süni sulanacaq. Bunun səbəbi sürücülərin və komandaların yeni yağış təkərlərinə daha yaxşı uyğunlaşmalarına şərait yaratmaqdır.

Xatırladaq ki, qış testləri 27 fevral – 2 mart və 7 – 10 mart tarixlərində Barselonada baş tutacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 337
Teqlər , ,
Paylaş

logo