Fettel yağış təkərlərini test edəcək

Ferrari komandasının sürücüsü Sebastyan Fettel Pirelli-nin yağış təkərlərini test etmək üçün Fyoranoda trasa çıxacaq.

F-1.az xəbər vermişdi ki, Pirelli keçən həftə verdiyi açıqlamada bildirmişdi ki, yağış təkərlərini test etmək üçün Ferrari ilə müqavilə bağlayıblar.

İkigünlük test bu gün Fyoranoda başlayacaq və ilk gün sükan arxasına Sebastyan Fettel keçəcək. Almaniyalı yağış təkərlərini test etmək üçün Ferrari-nin 2015-ci il bolidindən (SF-15-T) istifadə edəcək.

Fettel testləri problemsiz bitirsə, onu sabah komandanın üçüncü sürücüsü Antonio Covinatsi əvəz edəcək.

Xatırladaq ki, Ferrari keçən həftə eyni maşında Rəykkönen və Covinatsi ilə testlər etmişdi…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*