D.Rikkardo: “Fetteli məğlub etmək mümkünsüzdür”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Fettel 2017-ci ildə ən böyük favoritdir.

F-1.az xatırladır ki, almaniyalı sürücü cari mövsümün ən stabil sürücüsüdür. Formula1 tarixinin ən gənc 4 qat Dünya Çempionu Fettel ilk 6 yarışın yarısında qalib gəlib. Digər yarışlarda isə 2-ci yeri tutub. Stabil çıxış 29 yaşlı Fetteli ən yaxın izləyicisi Həmiltondan 25 xal öndə olmasına şərait yaradıb.

Daniel Rikkardo: “Sebastyan peletondakı ən uğurlu sürücülərdən biridir. Bunu müzakirə etmək belə yersizdir. Yaxşı bolidi olsa, onu heç vaxt məğlub etmək olmaz. Hazırda da vəziyyət belədir. Bu mövsüm ən pis nəticəsi ikincilik olan sürücü ən böyük favoritdir. Əgər dramatik hadisələr baş verməsə, mövsümün sonunda 5-ci çempionluğunu qeyd edəcək. Hazırda hər şey Fettelin öz əlindədir. Bu üstünlükdən yaxşı istifadə etsə, mövsümün sonuna qədər fərq inanılmaz olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*