C.Rassell: İdman Fettel və Rikkardosuz da davam edəcək

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Rikkardo və Fettelin ayrılıqlarına görə məyus olsa da, Formula1 onlarsız da davam edəcək.

F-1.az xatırladır ki, Sebastyan Fettel mövsümün sonunda karyerasını bitirəcək. Daniel Rikkardo isə McLaren-də iki uğursuz mövsüm keçirdikdən sonra komandadan göndərilib və o, özünə komanda tapa bilməyib. Buna görə də avstraliyalı sürücü Formula1-ə ən az bir il fasilə verməli olacaq.

Corc Rassell: “Sebastyan Fettel təqaüdə çıxır. O, idmanın ən böyük sürücülərindən biridir. Daniel Rikkkardo isə böyük ehtimalla gələn il yarışmayacaq. Bunu heç kim ağlına gətirməzdi. İki sürücüyə də hörmətim böyükdür. Düzdür, Formula1 onlar üçün darıxacaq, amma hər idmanda olduğu kimi insanlar gəlir və gedirlər. Ancaq idman yenə də davam edər. Bu reallıqdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*