19 Oktyabr 2019, Şənbə - 01:08

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 35-ci yazı – Ferrari 126 C4

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 35-ci yazı – Ferrari 126 C4

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:19 - 18 Fevral, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 33 gün qalır – 33 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 35-ci yazımızda 18 illik fasilədən sonra podiumda yalnız İtaliyanın himnini səsləndirən 126 C4 modelindən danışacağıq…

Son iki ildə Ferrari-nin sürücüləri titul qazanmağa yaxın olsalar da, hər dəfə son yarışlarda qələbəni əldən vermişdilər. 1984-cü ildə də komanda mövsümə titul qazanmaq iddiası ilə başladı. Hətta Entso Ferrari də öz qaydalarından imtina edərək komandasına yerli sürücünü cəlb eləmişdi – avtoidmanın parlamaqda olan gənc ulduzu Mikele Alboreto qırmızı kombinezon geyindi. İtaliyalı sürücü Renault komandasına keçmiş Patrik Tambeni əvəz etdi.

Postltueytin hazırladığı yeni maşın Ferrari 126 C4 adını aldı və keçənilki modelin təkmilləşdirilmiş versiyası idi, amma konstruktiv cəhətdən daha radikal alınmışdı. Maşının korpusu oxvari formaya salınmışdı, sürücü yeri daha irəli çəkilmişdi, yeni yan pantonlar sıfırdan qurulmuşdular, ön asılqanın linkləri yenilənmişdilər. Sürücünün arxasındakı hava kanalı yox olmuşdu, maşının korpusu elə hazırlanmışdı ki, arxada motor və transmissiyanın bir hissəsi açıq qalırdı. Motorun gücü yarışda 660 at qüvvəsinə çatdırılmışdı.

Mövsümün yekunları isə tam əksinə oldu: Ferrari maşınları yeni TAG Porsche motorları quraşdırılmış McLaren MP4-2 maşınları ilə bacara bilmədilər. Məhz bu motorların gücü (yarışda 750 at qüvvəsi) Ferrari-nin məğlubiyyətinin əsas səbəbi sayılırdı, hərçənd, unutmaq olmaz ki, McLaren-də çempionatın ən yaxşı cütlüyü çıxış edirdi: təcrübəli Niki Lauda və perspektivli Alen Prost. Mövsüm cəmi yarım xal üstünlüklə təcrübənin xeyrinə başa çatdı.

 

FERRARİ 126 C4

Ferrari, Scuderia Ferrari, Ferrari 126 C4, 1984

 

Maranelloda böyük bayramdır: Arturo Mertsario ilə qalmaqallı ayrılıqdan sonra qırımızı maşının sükanı arxasında italiyalı sürücü oturdu. Mətbuat və azarkeşlər bu xəbəri sevinclə qarşıladılar və Mikele Alboreto mövsümün əsas favoriti hesab edilirdi. Bu cür düşünməyə ciddi əsaslar var idi: son iki ildə komanda Mühəndislər Kubokunda qalib gəlmişdi, sürücülərin çempionatında isə son yarışlarda titulu əldən vermişdi. Alboreto isə öz dövrünün ən yaxşı sürücülərindən biri id. O istedadlı və sürətli idi, dəqiq sürmə stili ilə seçilirdi və peletonda ən güclü test sürücü idi.

İlk iki yarışda finiş görməyən Ferrari sürücüləri mövsümün 3-cü yarışında tiffozilərin ümidlərini lap artırdılar. Belçika Qran Prisində ilk cərgədən start alan qırımızılar finişdə podiuma qalxdılar – pouldan start alan Mikele 1966-cı ildən sonra ilk dəfərə podiumun yüksək pilləsində yalnız İtaliyanın himnini səsləndirdi, Rene Arnu isə 3-cü pilləyə qalxdı. Təəssüf ki, bu uğur elə epizod oldu – bu yarışdan sonra çempionatda Porsche motorlu McLaren maşınları dominantlıq etməyə başladılar. Daha müasir aerodinamika, daha güclü motor sayəsində Alen Prost və Niki Lauda 16 yarışdan 12-də qələbə qazandılar.

Rəqiblərindən geriqalmanı azaltmaq üçün Ferrari yeni maşını mövsümün gedişində ciddi modernizə edirdi, Montsada isə innovativ 126 C4/M2 debüt etdi və Alboreto 2-ci yeri qazandı, amma qələbə qazanan Laudaya yarım dəqiqə uduzdu.

Mövsümün sonunda Niki Lauda komanda yoldaşı Alen Prostu cəmi 0.5 xal qabaqlayaraq 3-cü titulunu qazandı, Lotus komandasından Elio de Ancelis isə çempionatı 3-cü yerdə başa vurdu. Mövsümün sonunu yaxşı formada keçirən Alboreto yalnız 4-cü ola bildi.

Mühəndislər Kubokunda vəziyyət acınacaqlı idi. Düzdür, Skuderiya Lotus-u qabaqlaya bildi, amma bunun əsas səbəbi Naycel Mənsellin cəmi 5 dəfə finiş görməsi idi. Ümumiyyətlə, 1984-cü il müövsümü çempionat tarixində mübarizəni finişdən əvvəl dayandırmaq üzrə rekordsmen sayılır. Ferrari sürücüləri 12 dəfə, McLaren sürücüləri isə 11 dəfə finiş görməmişdilər. Buna baxmayaraq McLaren italyanlara ciddi zərbə vurdu: 143.5 xala qarşı 57.5 xal…

 

FERRARİ 126 C4-ÜN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 126 C4, 1984

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1984-cü il16321181

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 6. 089
Teqlər ,
Paylaş

logo