Hava isti olsa da, Pirelli bir pit-stop gözləyir

Həftəsonu ərzində havanın çox isti olmasına baxmayaraq, keçənilki iki pit-stopla müqayisədə Pirelli bu dəfə Şpilberqdə bir pit-stop gözləyir…

Təkər təchizatçısı Avstriyaya ən yumşaq tərkibləri gətirəcək – C3 (Hard), C4 (Medium) və C5 (Soft) olacaq. Avstriyada mexaniki aşınma əsas amil deyil, təkərlər əsasən həddindən artıq qızmadan dolayı aşınırlar. Trekin asfaltı bir neçə il əvvəl salınıb və yüksək mikro və makrocodluğa malikdir ki, bu da öz növbəsində təkərlərin həddindən artıq qızmasına gətirib çıxarır.

İl ərzində keçirilən çox sayda yarış tədbirindən sonra asfaltda qalmış rezin qatı sayəsində mexaniki ilişmə yaxşı olacaq və həftəsonu ərzində daha da yaxşılaşacaq.

Sürəti artırarkən arxa təkərlər daha çox yüklənir və daha sürətlə aşınır, enişlərdə isə əyləc zamanı ön təkərlər daha çox işlənir. Red Bull Rinqdə hündürlük fərqi böyükdür – 63 metr, bu da təqvimdə ikinci göstəricidir. Yeni güc qurğuları məhz enişlərdə təkərlərin bloklanmasına səbəb olacaq.

Başqa vacib məqam dəniz səviyyəsindən hündürlüklə bağlıdır. 600 metrdən yüksək hündürlükdə seyrək hava daha az asfaltayatma qüvvəsi yaradır, bu da təkərlərin sürüşməsinə səbəb ola bilər.

Keçən il komandaların əksəriyyəti yarış məsafəsini iki pit-stopla keçmişdi, Qran Pri zamanı isə elan olunmuş üç təkər tərkibindən də istifadə olunmuşdu. Bu günün təkərlərinin daha sabit göstəricilərini nəzərə alaraq, komandaların bu dəfə bir pit-stop strategiyasından istifadə edəcəkləri gözlənilir.

Yüksək hava temperaturu da rol oynayacaq, lakin tras dağlıq Ştiriya bölgəsində yerləşir – burada ətrafdakı meşələr bəzən hava şəraitinin kəskin dəyişmələrinə səbəb olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*