M.İzola: Ciddə yarışı müəmmalıdır

Pirelli Motorsport-un rəhbəri Mario İzola düşünür ki, Səudiyyə Ərəbistanı Qran Prisi keçən ildən daha müəmmalıdır.

F-1.az xatırladır ki, Ciddədəki ilk yarış keçən ilin dekabrında baş tutmuş və xaotik yarış olmuşdu. Builki yarış isə martda olacaq və trasın bəzi hissələri genişləndirilib. Bundan başqa yeni 18 düyməlik təkərlər də komandalar üçün müəmmadır.

Mario İzola: “Ciddə bizim üçün ilk yarışdan fərqli olacaq. Komandalar Montsa kimi sürətli trasda yumşaq təkərlərlə sürəcəklər. Komandaların bu trasda təkərlərlə bağlı təcrübələri yoxdur. Bu yarış keçənilkindən fərqli ola bilər, çünki yarış fərqli zamanda olacaq və trasın bəzi hissələri dəyişdirilib. Seçilən təkərlər keçənilki ilə eyni olsa da, təkərlərin də tərkibi tamamilə dəyişib”.

Qeyd edək ki, Pirelli Ciddəyə C2, C3 və C4 tərkiblərini gətirib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*