Şarl Lekler: “Məşqlərdə sürətimiz çatmayıb, buna görə də geriliyi azaltmaq üçün axşam bizi çox iş gözləyir. Bu gün öyrəndiyimiz hər şeyi təhlil edəcəyik və sabah irəliləyiş əldə etmək üçün çalışacağıq. Ümid edirəm ki, sürməkdən həqiqətən zövq aldığım bu trasda sıralanma turunda daha güclü çıxış edəcəyik”.
Lekler: Sıralanma turunda irəliləmək üçün çalışacağıq
İkinci sərbəst yürüşdə Azərbaycan Qran Prisi Şarl Lekler və Lyuis Həmilton dördüncü və beşinci nəticəni göstəriblər və lider Corc Rasselldən bir saniyədən çox geri qalıblar. Lekler inkar etməyib ki, sıralanma turu ərəfəsində komandanı SF-26-nın sazlanmaları üzərində hələ iş gözləyir.





