Ş.Lekler: “Mattia yaxşı rəhbərdir”

Ferrari komandasının sürücüsü Şarl Lekler rəhbəri Mattia Binottonu ideal sayır.

F-1.az xatırladır ki, Mattia Binotto keçən il Ferrari texniki direktor olmuş, bu ildən isə komanda rəhbəri vəzifəsinə yüksəlmişdi.

Şarl Lekler: “Mattia sakit adamdır və bu, Formula1-də çox vacibdir. Lazım olanda çox sərt ola bilər. Komanda rəhbəri belə olmalıdır.

Komandadaxili gərginlik görmək istəmirik. Bütün komanda bunu xoşlamır. Mattia belə anlarda sərt olur. Lakin mən səhv edəndə özümə qarşı sərt olduğumçün mənə yumşaq davranır. Sərt davranmaq istəsə də, əsəbi olduğumu görür və məni növbəti yarışa hazırlayır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*