Qabriel Bortoleto: “Əlbəttə, bu gün sıralanma turunda fərqli nəticəyə ümid etmişdik. İlk iki cəhd kifayət qədər pis alınmayıb, amma sonuncuda maşının trasla ilişməsi sadəcə çatmayıb.
Bundan başqa, son cəhdimin sonunda sarı bayraqlar çıxıb və buna görə sürəti azaltmalı olmuşam. Yəqin ki, bir qədər də artıra bilərdim, amma düşünürəm ki, bu gün irəli keçmək bizim üçün hər halda çətin olardı.
Ümumilikdə, həftəsonu bizim üçün asan keçməyib. Bəzi dövrələrdə elə görünür ki, ilişmə var, digərlərində isə bununla ciddi problemlər yaşanıb. Sessiyalar ərzində sürətimiz çatmayıb, buna görə indi hər şeyi təhlil etmək, nəyin səhv getdiyini anlamaq və sabah mübarizə aparmağa çalışmaq lazımdır”.
Niko Hülkenberq: “Bugünkü nəticə, əlbəttə, məyus edir, çünki mənə elə gəlir ki, sürət baxımından yekun protokola baxanda görünə biləcəyindən daha yaxşı vəziyyətdə olmuşuq.
İlk cəhddə slipstrim əldə edə bilməmişəm, Bakıda isə bu, çox vacibdir. Son dövrədə 15-ci döngədə sarı bayraqlar mənə mane olub, uzun düzlükdə isə yenə slipstrimsiz qalmışam. Düzlüklərdə də sürətimiz çatmayıb ki, bu da bu trasda ciddi problemdir.
Yeniliklərlə bağlı hələ çox şeyi araşdırmalı və optimal sazlanmaları tapmalıyıq. Son sıralardan start almaq heç vaxt asan olmur, amma bura Bakıdı və burada yaxşı nəticə göstərmək imkanı yarana bilər. Buna görə diqqəti qorumaq və fürsətdən istifadə etməyə hazır olmaq lazımdır”.





