Haas Hülkenberqi əvvəldən istəyirmiş

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Hülkenberqi mövsümün əvvəlində düşünürmüş.

F-1.az xatırladır ki, mövsümün əvvəlində Haas komandası Mazepini göndərmiş və yerinə sürücü axtarışına başlamışdı. Sonda isə Maqnusseni gətirmişdilər.

Günter Ştayner: “Hülkenberq də alternativlər arasında idi. Ancaq o vaxt Kevini komandaya gəttirmək daha asan idi. Kevin bizim komandanı tanıyırdı və daha tez yaxşı nəticələr qazanacaqdı. Çətin vəziyyətdə idi, çünki komandaya gələndə sadəcə iki həftəmiz qalmışdı. İndi isə daha asandır, çünki önümüzdə 2-3 ay var”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*