R.Qrojan: “Yarışdan razı qaldım”

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, Monakoda xal almaq onlar üçün gözəl nəticədir.

F-1.az xatırladır ki, Roman Qrojan Monakoda 8-ci olaraq, Haas komandasına Formula1 tarixində Monte Karloda ən yüksək nəticəni qazandırıb.

Roman Qrojan: “Bu mövsüm ilk dəfə iki bolidlə də xal aldıq və çox gözəl nəticədir. Xüsusən də Monako üçün. Öndəki rəqiblərimizlə eyni tempdə gedə bilmədik. Onlar güclü idilər və daha yaxşı yer tutmaq mümkünsüz idi. Bütün hadisələr arxamdakı rəqiblərin başına gəldi. Buna görə də yer qazana bilmədik. Amma iki bolidlə xal almaq çox gözəl oldu. Lyuis bizi trasda keçə bilməzdi, lakin yaxşı strategiya ilə bizi geridə qoydu. Ümumilikdə komanda olaraq güclüyük. Ümid edirəm ki, Kanadada güclü olarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*