19 Oktyabr 2019, Şənbə - 01:06

C.Haas amerikalı sürücülər barədə qalmaqalı aydınlaşdırıb

C.Haas amerikalı sürücülər barədə qalmaqalı aydınlaşdırıb

Müəllif: Rauf Hacıyev, redaktor

14:06 - 14 Fevral, 2018

Haas komandasının sahibi Cin Haas işçisi Günter Ştaynerin amerikalı sürücülər barədə dediklərinə açıqlıq gətirib.

F-1.az xatırladır ki, Ştayner amerikalı sürücü yarışdırmaq fikirləri olmadığını demiş və səbəb kimi də onların Formula1-ə yaramadıqlarını göstərmişdi. Lakin bu sözlər okeanın o tayında xoş qarşılanmamamış və Günter tənqid atəşinə tutulmuşdu.

Cin Haas: “Günter əslində Haas komandasının amerikalı sürücülər barədə düşüncələrini dedi. Bildirdi ki, siyahıda amerikalı sürücü yoxdur. Amma işlər qarışdı və hamı başa düşdüyü kimi qəbul etdi. Reallıq odur ki, biz Formula1-i öyrənirik və debütant sürücü gətirsək, hər iki tərəf üçün pis olar. Amerikalı sürücülərə yox demirik, amma onlar özlərini beynəlxalq arenada sübut etməldirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 287
Teqlər , ,
Paylaş

logo