G.Ştayner: “Qutyerresi başa düşürəm”

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Qütyerresin məyusluğunu başa düşür.

F-1.az xatırladır ki, Haas komandası Braziliya yarışından əvvəl Maqnusseni Qutyerresin əvəzinə transfer etdiyini açıqlamışdı. Meksikalı sürücü Haas-ın bu qərarı üçün “ədalətli deyil” demiş və Ştayner 25 yaşlı sürücünün bu sözlərini anlayışla qarşılamışdı.

Amma Qutyerres yarış zamanı mexaniki problemə görə mübarizəni dayandırdıqdan sonra qaraja gələrək, əlcəklərini yerə çırpmışdı. Bunu görən Ştayner meksikalını sakitləşdirməyə gəlsə də, meksikalı sürücü ona da sərt reaksiya göstərərək, boksu tərk etmişdi.

Günter Ştayner: “Yaxşı yarış keçirirdi və xal ala bilmədiyi üçün əsəbi idi. Əla performans göstərsə də, elektronik problemə görə yer itirməyə başladı.

Gələn il bizimlə olmayacaq və bu hal onu daha da emosiallaşdırdı. Onunla danışanda yaxşı idi. Bəzən belə hallar ola bilər. Mən ona “sakit ol və içəri keç” dedim. Sonra gedib danışdıq. Bu cür hallarla daha əvvəl də rastlaşdım. Aramızda heç bir problem yoxdur. Gördüyü işə hörmət edirəm. Sadəcə emosional idi. Əgər emosional olmasanız, burada ola bilməzsiniz”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*