N.Hülkenberq Haas-la müqavilə bağlamayıb

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Haas komandası ilə müqavilə bağlamayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü ilin sonunda Renault-dan ayrılacaq və onun Haas komandasına keçidi gözlənilir. Amerika təmsilçisinin rəhbəri Günter Ştayner bildirmişdi ki, Sinqapur yarışından əvvəl gələn ilin heyətini açıqlayacaqlar. Buna görə də əksəriyyət elə düşünür ki, Hülkenberq artıq Haas-la müqavilə bağlayıb. Lakin 32 yaşlı sürücü bu şayələri təkzib edib: “Hazırda heç bir müqavilə bağlanmayıb. Lakin menecerlərim bunun üzərində işləyirlər. Bir neçə alternativimiz var. Müzakirələr və danışıqlar davam edir. Amma son qərar verilməyib”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*