Alpine komandası bolidin yeni rəng çalarlarını təqdim edib

Renault bu il idman proqramını yeniləyib və bundan sonra Formula1 komandası Alpine F1 Team adlandırılacaq. Bu gün Parisdə baş tutan Renaulution strategiyasının təqdimatı zamanı bu mövsüm istifadə ediləcək rəng çalarları da nümayiş etdirilib.

F-1.az bildirir ki, bolid demək olar ki, tamamilə qara rənglənəcək, sadəcə motor qapağının üzərində Fransa bayrağının 3 rəngi əks etdiriləcək. Lakin bu ilkin rəng çalarlarıdır və komandaya sponsorlar cəlb olunduqca, rənglərin dəyişiləcəyi istisna edilmir.

Komandanın builki bolidi A521 adlandırılacaq. Bu, 1975-ci ildəki A500 F1 prototipinin adı ilə builki təqvim ilinin birləşməsindən yaradılıb. Komandanın yeni təyin olunmuş rəhbəri Loran Rossi tədbirdə iştirak edib, dəqiq tarix deməsə də, maşının fevral ayında təqdim ediləcəyini bildirib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*