F.Alonso: Heyif oldu

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, üçüncü sessiyada qəza etməsə, poul uğrunda mübarizə apara bilərmiş.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ən sürətli ikinci sektor zamanı ilə gedərkən hidrovlik problemi yaşayıb və mühərrik dayanıb. Bunlardan başqa ötürmələr qutusu da işləməyib. Buna görə də bolid dönməyib və ikiqat Dünya Çempionu bariyerlərə çırpılıb.

Fernando Alonso: “Ötürmələr qutusu işləmirdi. Motor və hidrovlika bağlanmışdı. Problemi araşdıracağıq. Belə bəxtsizlik olmaz. Bu hadisə 20 saniyə sonra yaşansa, poul qazana bilərdik. Bunu açıqlamaq çox çətindir.

Bütün problemlər mənim maşınımda olur. Narahatam. Digər maşın yaxşı görünür. İki maşında problem olsa, demıli komanda olaraq işiniz çətindir. Düzəltməli şeylər var. Ancaq bu hal mənim maşınımda olur. Özü də sürətli getdiyim anlarda… Bəhreyndə 9 və ya 10-cu gedərkən, yolda qalmaq problem olmazdı, çünki sadəcə bir xal itirəcəkdik. Ciddədə güclü idik və burada 100 faiz üçlüyə düşürdüm. Çox məyusam. Məncə, son illərdəki ən yaxşı həftəsonum idi və bunu əldən vermək pis oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*