12 Dekabr 2018, Çərşənbə - 20:30

F.Alonso: “Sürətimiz yox idi”

F.Alonso: “Sürətimiz yox idi”

Müəllif: Rauf Hacıyev, redaktor

16:37 - 17 Aprel, 2016

Fernando Alonso bildirib ki, McLaren Honda Çində səhv strategiyaya görə yox, sürətin çatışmamasına görə xal qazana bilməyib.

F-1.az xatırladır ki, dünən sıralanma turunda qırmızı bayraqlara görə 3-cü seansa keçə bilməyən Alonso bildirmişdi ki, onlar yarışda xal qazanacaq gücdədirlər.

Ancaq bugünkü yarışda Alonso 3-cü yerə qədər yüksəlsə də, yarış ərzində bütün rəqibləri onu asanlıqla keçiblər və ispaniyalı sürücü yarışı 12-ci yerdə bitirib.

Fernando Alonso: “Yarış bizim üçün çətin keçdi. Yaxşı nəticə və xallar almaq üçün performansımız zəif idi.
Biz 3 pit-stoplu strategiya seçənlərə qarşı 2 pit-stop etdik və bunun hesabına yarışda daha yaxşı yer tutmağa çalışıdıq, amma strategiyamız yaxşı işləmədi.

Təhlükəsizlik avtomobili bizim üçün pis vaxtda trasa çıxdı, amma bunlara baxmayaraq, performansımız pis idi.

Xal qazanmaq üçün öndəki qrupu izləmək lazımdır. Əks halda onlarla mübarizə edə bilmirsiniz və trafikə düşürsünüz. Bu da strategiyanı öldürür.

Öndəki qrupa yaxın olmaq üçün yarım saniyə sürətlənməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 383
Teqlər ,
Paylaş

logo