R.Qrojan: “Hər şey istədiyim kimi oldu”

Haas komandasının sürücüsü Roman Qrojan Avstraliya QP-nin sərbəst yürüşlərində göstərdiyi performansdan razıdır.

F-1.az xatırladır ki, fransalı sürücü əyləclərlə bağlı bəzi problemlər yaşasa da, cümə gününü 8-ci yerdə bağlayıb.

Roman Qrojan: “Bolid istədiyim kimi performans göstərdi. Qış testlərinə nisbətən yaxşı vəziyyətdə idi və buna görə də son həddə sürə bildim. Doğru sazlanmalarla yarışdan həzz almaq istəyirəm. İlk sessiyaları proqrama uyğun keçirtdim. Amma komanda yoldaşım üçün bunu deyə bilmərik. Ümid edirəm ki, əldə etdiyimiz məlumatlarla bolidi daha yaxşı vəziyyətə gətirə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*