Renault bənzər problemlərlə üzləşib

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, builki bolid keçənilki ilə oxşar problemlərə sahibdir.

F-1.az xatırladır ki, Renault komandası ilk iki yarışda cəmi 6 xal toplaya bilib və turnir cədvəlində 9-cu yerdədir. Fransız təmsilçisi Avstraliyada bir maşınla, Bəhreyndə isə tam heyətlə mübarizəni dayandırıb.

Niko Hülkenberq: “Bir neçə sahədə təkmilləşdik və mühərrik çox inkişaf edib. Düzdür, problemlərimiz oldu. Şassi və aerodinamika üzərində də işləmişik. Amma hələ də keçənilki problemlərə oxşar problemlərimiz var. Buna görə də var qüvvəmizlə işləməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*