E.Okon: Sıralanma turu pis keçdi

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, son sessiyanı az fərqlə qaçırıb.

F-1.az xatırladır ki, fransalı sürücü sıralanma turunda 12-ci olub və 5 yer cərimələndiyi üçün yarışa 17-ci yerdən başlayacaq.

Esteban Okon: “Sıralanma turu bizim üçün mükəmməl keçmədi. Son sessiyanı az fərqlə qaçırdım. Bolidin arxa tərəfini idarə etmək çətin idi və Montsada çox məyus olduq.

Güc qurğusu cəzalarına görə düzülüş dəyişir. Görək nə olur. Yarışı onluqda bitirə bilərik. Əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*