N.Hülkenberq Williams-ı bəyənmir

Renault komandasının sürücüsü Niko Hülkenberq gələn il Williams-da yarışmaq istəmir.

F-1.az xatırladır ki, almaniyalı sürücü ilin sonunda Renault-dan ayrılacaq və komandasız qala bilər. 32 yaşlı pilotun Alfa Romeo və Williams alternativləri qalıb. Lakin Hülkenberq 2010-cu ildə debüt etdiyi əfsanəvi Williams komandasına qayıtmaq istəmir: “Hazırda onlar üçün doğru sürücü deyiləm. Elə bilirdim özümə tez komanda taparam, amma hələ də heç nə bilinmir. Ancaq özümü yaxşı hiss edirəm. Çünki əlimdən gələni etmişəm. Alınmırsa, nə edim?

Yeni iş yeri tapmaq vaxt aparacaq. Gələcəkdə yenə yarışacam, çünki bu işi sevirəm. Görək nə olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*