D.Rikkardo: FOM iyrənclik etdi

Renault komandasının sürücüsü Daniel Rikkardo düşünür ki, FOM Qrojanın qəzasının dəfələrlə təkrarını verərək, iyrənclik edib.

F-1.az xatırladır ki, Qrojan Bəhreyn yarışının ilk dövrəsində qorxulu qəza edib və bolidi iki yerə bölünərək, alovlanıb. Fransalı sürücü boliddən özü çıxıb və tibbi personalın köməyi ilə yanğın yerindən uzaqlaşdırılıb. 34 yaşlı pilotun ciddi yarasının olmadığı müəyyənləşdikdən sonra baryerdə təmir işləri gedərkən FOM qəzanı fərqli rakurslardan yayımlayıb.

Daniel Rikkardo: “Formula1-in etdiyi iyrənclik idi. Çox məyus oldum. Qrojanın qəzasını təkrar-təkrar yayımlamaqları onun ailəsinə hörmətsizlikdir. Bir saat sonra yenidən yarışacaqdıq, amma davamlı olaraq yanğını və ortadan iki yerə bölünmüş bolidi göstərirdilər. Bunu yarışdan sonra da görə bilərdik. Yarış vaxtı lazım deyildi. Bu, reytinq üçün idi, amma bizim hisslərimizlə oynayırlar. Çox iyrənc hərəkətdir. Ümid edirəm ki, digər sürücülər də bu barədə danışarlar. Əgər belə düşünmürlərsə, təəccüblənərəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*