FİA S.Fettelin söyüşlərini araşdırır

F-1.az xəbər verir ki, Meksika Qran Prisinin son dövrələrində Ferrari-nin sürücüsü Sebastyan Fettelin FİA-nın yarış direktoru Çarli Uaytinqin ünvanına səsləndirdiyi təhqiramiz ifadələr Beynəlxalq Avtomobil Federasiyası tərəfindən araşdırılır.

Xatırladaq ki, Rodriqes Qardaşları trasında keçən yarışın son dövrələrində daha sürətli olan Fettel Red Bull-un gənc sürücüsü Maks Ferstappenə hücum edərkən hollandiyalı sürücünün döngəni kəsməsinə yarışın idarəetmə mərkəzindən reaksiya verilməməsi almaniyalı sürücünü özündən çıxarıb. Fettelin fikrincə, Maks bu zaman üstünlük qazandığı üçün mütləq mövqeyini Sebastyana verməli idi – Çarli Uaytinq bunu komandaya və ya sürücüyə əmr etməli idi.

Əvvəlcə Red Bull sürücüsün söydükdən sonra Fettel bütün enerjisini Çarli Uaytinqə sərf edib. Maraqlıdır ki, almaniyalı sürücünün radio danışığı efirə də buraxılıb:

Fettel: “Sür görək! Ay …, tərpən də!”

Fettel: “Maks sadəcə …dir, bildiniz o kimdir?”

Fettel: “Bunu yalnız mən gördüm? Siz bunu görmədiniz? Hakimlər də görmədi? O məni ləngidir ki, Rikkardo mənə çatsın, ***!”

Adami (Fettelin yarış mühəndisi): “Biz Çarliyə dedik, o dedi ki…”

Fettel: “Doğrudan? Mənim mesajımı ona çatdırın: Qoy *** getsin! Doğru deyirəm, qoy *** getsin!”

Canlı yayımda bu sözlərin səslənməsi internetdə geniş müzakirələrə səbəb olub. Yarış başa çatan kimi almaniyalı sürücü Uaytinqlə görüşərək ondan üzr istəyib. Bu barədə FİA tərəfindən rəsmi bəyanat verilməsə də, federasiya məsələyə ciddi yanaşıb və araşdırmaya başlayıb.

Əgər Fettelin bu hərəkəti FİA-nın Beynəlxalq İdman kodeksinin 12.1.1.c və 12.1.1.f bəndlərinin pozulması kimi təsdiq olunarsa, onda sürücünü böyük məbləğdə maddi cərimə və ya bir yarışdan kənaraşdırma gözləyə bilər.

Fettelin əvvəlki komanda başçısı Kristian Horner isə bildirib ki, “istənilən halda hakimi söymək olmaz, ona görə də bu hadisənin cəriməsiz ötüşməsi məni təəccübləndirəcək…”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*