F.Alonso: Nəticədən razıyam

F-1.az xəbər verir ki, əla start alaraq bir neçə yer qazanan ikiqat dünya çempionu yekunda altıncı olub və komandasına qiymətli xallar qazandırıb.

Fernando Alonso: “Bugünkü yarışımızdan razıyam. Hər şeyi düzgün etdik, yüksək temp nümayiş etdirdik və təkərlərin aşınmasını nəzarətdə saxladıq. Bu həftəsonu maşının balansı üzərində çox işləməli oldum, lakin sonda ilk beşlikdən bir qədər geri qaldım. Xallar qazandığımız uğurlu yarış oldu.

Mən yaxşı start aldım və beşinci yerə yüksəldim, lakin sonra altıncı yerə düşdüm. Bu, yəqin ki, yarışlarda aid olduğumuz yerdir. Nəticələr göstərir ki, həftəsonunu təmiz keçirsək, ilk altılığa düşə bilərik. Ümid edirəm ki, mövsümün ikinci yarısında da bu səviyyəni qoruya biləcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*