F.Alonso: Havaya görə təkərləri test edə bilmədik

Alpine komandasının sürücüsü Fernando Alonso maşında özünü yaxşı hiss etdiyini deyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü cümə sərbəst yürüşlərində onluğa düşüb.

Fernando Alonso: “Tətildən qayıtmaq gözəl oldu. Spada bolid sürmək insana həzz verir. Buna görə də cümə günü əyləncəli keçdi.

Dəyişikliklərə baxmayaraq tras əvvəlki kimidir. Sadəcə qaçış sahələri daha təhlükəsiz olub.

Havaya görə təkərləri istədiyimiz kimi test edə bilmədik. Buna görə də üçüncü sərbəst yürüşlərdə əlimizdən gələni etməliyik. Ümid edirəm ki, güclü olarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*