Spa və Zandfort yarışları növbə ilə qəbul edə bilər

Növbəti mövsümdən etibarən Belçika Qran Prisi və Hollandiya Qran Prisi bir-birini əvəzləyəcək və iki ildən bir keçiriləcək.

F-1.az Belçikanın Le Soir nəşrinə istinadən xəbər verir ki, mərhələlərin təşkilatçıları Liberty Media ilə yeni müqavilələr barədə danışıqlar aparır və sazişlər bağlamağa yaxındırlar. Belçika Qran Prisinin 2024-cü ildə, Hollandiya Qran Prisinin 2025-ci ildə keçiriləcəyi və gələcəkdə mərhələlərin növbə ilə bir-birini əvəzləyəcəyi güman edilir.

Bu tənzimləmə Spa trasına Formula1 yarışlarına ev sahibliyi etməyə davam etməyə imkan verəcək və Zandfort yarışının təşkilatçılarına Maks Ferstappenin uğuru sayəsində yerli azarkeşlərin yarışa marağının artmasına baxmayaraq kifayət qədər yüksək olan xərcləri azaltmağa şərait yaradacaq.

Bununla belə, başqa bir Belçika mənbəsi – RTBF xəbər agentliyi fərqli məlumatlara malikdir. Spa və Formula1-in rəhbəri Stefano Domenikali arasında danışıqlar inkişaf mərhələsindədir, lakin “Hazırda Belçikadakı yarışın başqa Qran Pri ilə əvəzlənəcəyinə inanmaq üçün heç bir əsas yoxdur” deyilir.

Zandfort tərəfindən hələlik şayiələrə münasibət bildirilməyib. Vəziyyətin inkişafını izləməyə davam edəcəyik…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*