K.Sayns: Red Bull-un tempinin səbəbini anlamalıyıq

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Red Bull çox sürətlidir və bunun səbəbini tapmalıdırlar.

F-1.az xatırladır ki, Maks Ferstappen Belçikada sıralanma turunda poul qazansa da, motor dəyişdiyinə görə yarışa 15-ci yerdən başlayacaq. Belə olan halda isə sıralanma turund niderlandlı sürücüdən 0.6 saniyə geri qalaraq ikinci olan Karlos Sayns yarışa pouldan başlayacaq.

Karlos Sayns: “Pouldan başlayacağım üçün xoşbəxtəm. Lakin Maksın və Red Bull-un bizə atdığı fərqi görəndə məyus oldum. Red Bull-un tempinin səbəbini anlamalıyıq. Lakin poul yarışa başlamaq üçün ən yaxşı yerdir və sabah yarışı qazanmağa çalışacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*