18 Noyabr 2019, Bazar ertəsi - 20:40

S.Fettel cümə günündən razı qalıb

S.Fettel cümə günündən razı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

12:26 - 14 May, 2016

Sebastyan Fettel yaxşı keçən cümə günündən sonra inanır ki, Ferrari şənbə günü daha da sürətlənəcək…

F-1.az xatırladır ki, almaniyalı sürücü birinci sərbəst yürülərdə 1-ci, ikinci sərbəst yürüşlərdə isə 4-cü yeri tutub. Ancaq Fettelin birinci sərbəst yürüşlərdəki göstəricisi Rosberqin ikinci sərbəst yürüşlərdəki göstəricisindən 0.029 saniyə zəifdir.

Fettel bildirib ki, ikinci sərbəst yürüşlərdə çətinlik çəkib və əlavə edib ki, üçüncü sərbəst yürüşlərdə daha güclü olacaq: “Nahardan sonra bir az çətin oldu. Birinci sərbəst yürüşlərdəki performansımızı göstərə bilmədik, amma bütün gecə bolidin üzərində işlədik.

Əgər cümə günü bizim üçün mükəmməl deyilsə, bu bizim üçün yaxşı xəbərdir.

İlk təəəssüratlarıma əsaslanaraq, deyirəm ki, bolidin sürəti yerində idi və şənbə günü bunu göstərə bilərik. İşləməyə davam etməli və şənbə şünü daha güclü Ferrari ilə trrasa çıxmalıyıq.

Bu sürətimizi təkcə cümə günü yox, şənbə və bazar günləri də göstərməliyik”.

Kimi Rəykkönen isə ikinci sərbəst yürüşləri ikinci pillədə bitirdi. Amma Rəykkönen bildirib ki, eyforiya hissinə qapılmaq olmaz: “Cümə günü yaxşı işlədik və bəzi şeylər tərs getdi. Nə istəyirdiksə, hamısını yerinə yetirdik.

Hər yarış həftəsonu cümə günü işlədiyimiz kimi işləməliyik. Bir az da təkmilləşib, şənbə günü güclü olmağa çalışacayıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 303
Teqlər ,
Paylaş

logo