S.Fettel nikbindir

Bu gün sürücülərin çoxu yağışa görə sərbəst yürüşlərdə az dövrə vurublar. Bu sürücülərdən biri də Sebastyan Fetteldir. Amma bu vəziyyət almaniyalı sürücünü narahat etmir...

F-1.az xatırladır ki, Sebastyan Fettel birinci sərbəst yürüşlərdə 8 dövrə vursa da, zaman nəticəsi göstərə bilməyib. Almaniyalı sürücü ikinci sərbəst yürüşlərdə cəmi 7 dövrə vurub və 8-ci nəticə göstərib. Fettel ikinci seansda Həmiltona 2 saniyə uduzub.

Amma almaniyalı sürücü o qədər də məyus deyil: “Əlimdən gələni etdim, ancaq mən trasa çıxan kimi yağış yağırdı. Bəzən işlər belə gətirir. Yağış yağdığı üçün tras tamamilə yaş idi. Bu şəraitdə heç nə öyrənə bilməzdik.

Heç nə mükəmməl deyildi, amma mən nə edə bilərəm? Vəziyyət hamı üçün eynidir. Heç olmasa, bir neçə dövrə ata bildim və özümü yaxşı hiss edirəm. Bu, sazlanmaları düzəltməkdə bizə kömək edə bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*