Ş.Lekler: Fettelin ayrılması mənimçün problem deyil

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Fettelin ayrılması onunçün problem olmaz.

F-1.az xatırladır ki, almaniyalı sürücü son 3 ildə daha çox səhvləri ilə diqqət mərkəzinə düşüb. Bunlar bəs deyilmiş kimi, keçən mövsüm debütant komanda yoldaşı Leklerə bütün statisitikalarda uduzub.

Şarl Lekler: “Ferrari ilə yeni müqavilə mənə sakitlik və motivasiya verdi. İndi komandanın gələcəyini düşünə bilərəm. Çünki əminəm ki, bir neçə il burada qalacağam.

Ferrari-nin mənə fokuslanması sevindiricidir. Bu, o deməkdir ki, gördüyüm işdən razıdırlar. Lakin arxayınlaşmaq olmaz. Əksinə daha güclü olmaq üçün çox işləməliyəm. Təzyiqə tab gətirə bildim. Özümü daha rahat hiss edirəm. Hələ 21 yaşım var və bu yaşda Ferrari-də olmaq çox gözəldir.

Formula1-də doğru gerivəbildirimlər verməli və çətin anlarda birlikdə işlədiyiniz adamların motivasiyasını qaldırmalısınız. İndi bunu edirəm. Sebastyan yanımda olsa belə, gənc yaşıma baxmayaraq bunu müstəqil etməyə çalışıram. Sebastyan komandadakı ilk mövsümümdə mənə çox kömək elədi. Başqa sürücü gəlsə, ondan da yeni şeylər öyrənəcəm. Komanda yoldaşları arasındakı mübarizə fərqlidir. Çünki sizinlə eyni maşını sürən tək pilot odur. Ancaq Seblə birlikdə işləyə bilirik. Həmişə rəqabət var, lakin komanda kimi işləmək çox vacibdir. Buna baxmayaraq, Ferrari-nin qərarına hörmət edəcəm. Komandaya kim gəlirsə-gəlsin, onunla mübarizə aparmağa hazıram. Mənimçün problem yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*